Azərbaycanlı əsirin dəhşətli məktubu: "Yalvarıram, məni qurtarın" - VİDEO

Fərrux kəndi ərazisində bu günlərdə kütləvi məzarlıq aşkarlandı. Həmin insan qalıqları birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aiddir və onların kimliyi DTN analizləri ilə müəyyən ediləcək.
Avtosfer.az APA TV-yə istinadən xəbər verir ki, belə bir ərəfədə Ermənistanın törətmiş olduğu, habelə beynəlxalq qurumların göz yumduğu dəhşətli bir fakt üzə çıxıb. Belə ki, Quba rayonundan olan hərbi qulluqçu Novruzov Laçın Əhməd oğlunun 1994-cü ildə əsirlikdə olarkən Qırmızı Xaç vasitəsi ilə evlərinə göndərdiyi məktub üzə çıxıb. Əsirin məktubu sosial şəbəkələrdə yayılıb. Məktubdan aydın olur ki, Laçın Novruzov həmin vaxt sağ olub. Məktubda deyilir: “Salam ata-mama. Mən Novruzov Laçın, sağ-salamatam. Ermənistanın Edilli kəndindəyəm. Sizə qurban olum, gəlin məni qurtarın. Yalvarıram mama, bunu yazan Laçındır. Necə olursa-olsun qurtarın. Mama-Papa məni qurtarın burdan. Yaşamaq istəyirəm, tez qurtarın, gözləyirəm sizi. Novruzov Laçın. Sağ olun”. Lakin belə məlum olur ki, Qırmızı Xaç həmin zaman yeri-yurdu dəqiq bəlli olan azərbaycanlının taleyinə biganə yanaşıb, Laçının geri qaytarılması üçün heç bir iş görməyib. Əsirlikdən qayıtmış bəzi şəxslər iddia ediblər ki, Laçın Novruzov bu məktubunu yazdıqdan bir müddət sonra işgəncələrlə qətlə yetirilib. Harada basdırıldığı isə məlum deyil...
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












