Azərbaycanlı məşhur həkimdən polislərə xüsusi təşəkkür

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev ötən günlərdə iki günlük tətbiq edilən karantin rejimi çərçivəsində Azərbaycan polisinin vətəndaşlarla nümunəvi münasibətini alqışlayıb və onlara bir daha təşəkkür edib. Nuran Abdullayev Avtosfer.az-a açıqlamasında polislərə bəzi tövsiyələrini də bildirib.
O, qeyd edib ki, yeni növ koronavirusun (COVİD-19) Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasında digər Avropa ölkələrindən və Amerikadan fərqli olaraq bizim Azərbaycan polisləri bir başa ön cəbhədə aktiv mübarizə aparırlar. Bu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son günlər qəbul etdiyi qərarların Azərbaycan xalqının sağlamlığının dövlətimiz və dövlətçiliyimiz üçün nə qədər önəmli olduğunun bir daha bariz nümunəsidir.
“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, virusun ölkədə bir neçə aydır yayılmasına baxmayaraq hələ də Azərbaycan millətinin müəyyən qrupu virusun ölkə ərazisində hansı sürətlə yayıldığını və virusun törədə biləcəyi ağırlaşmaları dərk etməməsi halları hələ də çoxluq təşkil edir ki, bu da həqiqətən öz növbəsində bunu dərk edən və hətta maddi ehtiyacı olan amma evdə oturaraq xüsusi rejimə əməl edən digər millət nümayəndələri üçün də təhlükə yaradır. Bu insanlara həqiqətləri çatdırmaq məqsədi ilə bugünkü gün televiziyalarda, mətbuatda və sosial şəbəkələrdə aparılan maarifləndirmə işləri də təsir etmədi və bu da bizi kimi dövlətini və millətini sevən insanları çox məyus edir."
N. Abdullayev bildirib ki, son 2 gündə yayılan videolardan hər bir kəs bir daha gördü ki, bu insanlarla mübarizədə həqiqətən şərəfli mübarizəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları - Azərbaycan polisləri göstərir. Onların həkimlərə ağır xəstələrinin yanına getmək üçün yaratdığı şəraitlə yanaşı, xalqımızın bütün təbəqədən olan nümayəndələrinin problemlərini həll etmələri və eləcə də onlara səbrlə və təmkinlə davranmaları həqiqətən alqışa layiqdir və bunu dərk edən millət sevən insanlarda qürur hissi yaradır. Bu addımlar Azərbaycan polisindən nəzakət və vətəndaşa əsl sevgi nümunəsidir.
“Buna qarşılıq olaraq isə bəzi xalq nümayəndələrinin Azərbaycan polisinə qarşı xoşa gəlməyən, bizim millətə yaraşmayan sərt reaksiyalarını şiddətlə qınayıram. Mən də öz növbəm də həmin insanlara səslənib bildirmək istəyirəm ki, virusun bu qədər yayıldığı dövrdə özünü və hətta dolayısı ilə öz ailəsini də sizə görə risklərə atan polislərimizə bu cür davranmaqdan əl çəkmək lazımdır. Onlar sizi daha da pis hallara düşməyəsiniz deyə qoruyur, deyilənlərə qanunla müəyyən olunmuş qayda da əməl edin ki, xoşa gəlməz hadisələr yaşanmasın.
Buradan Azərbaycan Polisinə belə insanlarla bir başa kontaktda olarkən maksimum ehtiyatlı olmağı tövsiyyə edirəm. Çünki həmin insanlar qrupu deyilən tələblərə əməl etməyən qrup olduğuna görə virus dayışıcısı olma təhlükəsi də çoxdur ki, bununla da polislərimizin də yoluxma təhlükəsi artır. Onlarla kontakda imkan daxilində maksimum bacarmaq lazımdır ki, məsafə qorunsun və həmin şəxslərlə söhbətə başlayarkən maskalarını taxmaları tələb olunsun. Çünki bu iki amil virusa yoluxmanın maksimum qarşısını alır. Qapalı şəraitdə söhbət zamanı isə havalandırmaya xüsusi fikir verilməlidir. Polislərimiz iş saatı bitdikdən sonra da virusa şübhəli insanlarla təmasda olduqlarını unutmamalı və işdən sonra da bütün gigiyenik tövsiyyələrə öz aralarında da əməl etməkləri çox vacibdir. Bundan başqa onlar sonradan ailə üzvləri və ya yaxınları ilə kontaktda da maksimum ehtiyatlı olmalıdırlar.
Dövlətinin təhlükəsizliyi və xalqının sağlamlığı üçün özünü və ailə üzvlərini riskə ataraq bir başa ön planda dövlətə və xalqa xidmət etməyin nə demək olduğunu bir həkim kimi başa düşərək Azərbaycan polislərinə bu nümunəvi şərəfli məsuliyyətlərində müvəffəqiyyətlər arzulayıram və xüsusi təşəkkürlərimi bildirirəm!"
Taleh













