Azərbaycanlı taksi sürücüsünü azərbaycanlı öldürdü

Rusiyanın Tver vilayətində bıçaqlanan azərbaycanlı taksi sürücüsünün ölümündə şübhəli bilinən bir nəfəri saxlanılıb. Avtosfer.az xəbər verir ki, lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır. Tver şəhər Baş Polis İdarəsi hələlik tutulan şəxsin adı açıqlamır. Sadəcə, onun 1972-ci il təvəllüdlü olduğu qeyd olunub. Hadisənin isə şəxsi zəmində baş verdiyi deyilir.
***
Martın 27-də axşam saatlarında Rusiya Federasiyasının Tver vilayətində taksi sürücüsü işləyən Azərbaycan vətəndaşı bıçaqlanıb. APA-nın xəbərinə görə, bu barədə Rusiya KİV-ləri Tver vilayətinin hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Çoxsaylı bıçaq zərbələri ilə bıçaqlanan Azərbaycan vətəndaşının kimliyi istintaq tərəfindən müəyyənləşdirilir. Qətlə yetirilənin 29 yaşı var.
Məlumatda həmçinin qeyd olunur ki, qətli törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən yayınıb. Onun istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı cinayət işi açılıb.
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












