Azərbaycanlı taksi sürücüsünü qaynı öldürüb

Rusiya Federasiyasının Tver şəhərində öldürülən Azərbaycan vətəndaşının kimliyi və hadisənin təfərrüatı məlum olub. Avtosfer.az-ın məlumatına görə, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Tver vilayəti üzrə nümayəndəsi Sərdar Abdullayev APA-ya bildirib ki, öldürülən əslən Azərbaycanın Balakən rayonundan olan, 29 yaşlı Əliyev Elgün Aşur oğludur. Onu qətlə yetirən isə qaynı, 40 yaşlı Məmmədov Elçin Əsgər oğludur. Hadisə ailə münaqişəsi zəminində olub. Elçin Məmmədov yeznəsini bacısını davamlı incitdiyi üçün öldürdüyünü bildirib. O, milis tərəfindən saxlanılıb. Elgün Əliyevin meyiti bu gün Azərbaycana gətirilib və doğulduğu Balakən rayonunda dəfn olunacaq.
Qeyd edək ki, Tverdə marşrut avtobusunun sürücüsü işləyən Elgün Əliyev martın 27-də axşam saatlarında bıçaqlanıb. Faktla bağlı cinayət işi açılıb.
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












