Azərbaycanlılar Avropa Şurasının qarşısında etiraz yürüşü keçirib

Fransanın Strasburq şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına etiraz olaraq yürüş-nümayiş keçirilib.
Bu barədə Avtosfer.az Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Fransadakı Azərbaycanlı Tələbələr Asosassiyasının (ASEAF) təşkilatçılığı ilə gerçəkləşdirilən etiraz aksiyasında azərbaycanlı və türk icmalarının təmsilçiləri, Strasburqda təhsil alan tələbələrimiz və ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Avropa Şurasının mənzil-qərargahı qarşısından başlayan yürüş Ermənistanın bu təşkilat yanındakı daimi nümayəndəliyinin inzibati binası önündə nümayişlə davam edib.
Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı, “Ermənistanın təcavüzkar siyasətinə son!”, “Qarabağ Azərbaycandır!” və sair şüarların yazıldığı plakatların, Tovuz cəbhəsində hərbi təxribatlar zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin nümayiş etdirildiyi yürüşdə Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması tələb edilib. Yürüş zamanı hərbi təxribatlar zamanı həlak olmuş Azərbaycanın qəhrəman hərbçilərinin və vətəndaşlarının əziz xatirəsi yad edilib, Azərbaycan ordusuna dəstək ifadə olunub və Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın son təxribatları haqqında məlumatların əks olunduğu broşürlər yerli sakinlərə paylanılıb.
Sonda yürüş-nümayiş iştirakçılarının adından Avropa Şurasının Baş katibi, Avropa Şurası Parlament Assambleyasının prezidenti, Avropa Parlametinin prezidenti və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Strasburqdakı diplomatik nümayəndəliklərinə müraciətlər ünvanlanıb, Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün qəti tədbirlər görülməsinə çağırışlar edilib.
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
Bu yollarda tıxac var - SİYAHI
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA










