“Azərenerji”in prezidentinin qardaşına 9 milyon manatlıq tender verildi

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti "Azərbaycan rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması"(400 ədəd) obyekti tərkibində 356 subartezian quyusunun xarici elektrik təchizatının satın alınması ilə bağlı elan etdiyi açıq tenderlərə yekun vurub.
İndex.az xəbər verir ki, tenderin qalibi "Bakelektro" ASC-dir. Qalib şirkətə 8,888 milyon manat ödəniləcək.
Qeyd edək ki, şirkət 1998-ci ildə dövlət qeydiyyatından keçib. Qanuni təmsilçisi Emin Hüseynağa oğlu Rzayevdir. O, “Azərenerji”in prezidenti Baba Rzayevin qardaşıdır.
Xatırladaq ki, bu il iyulun 30-da Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Ramana qəsəbəsi ərazisində 1 512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi üzrə keçirilən 4.3 mln manatlıq tenderin qalibi olmuşdu.


Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












