“AzerGold” və tərəfdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti dövlət başçısının 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat məbləğində ianə ayrılmasına dair qərar qəbul edib.
Qurumdan verilən məlumata görə, müvafiq vəsait “AzerGold” QSC-nin əməkhaqqı fondundan cəlb ediləcək.
Bununla yanaşı, Cəmiyyətin podratçıları, “Star Mining”, “Azplast 2012” və “AT Geotech” şirkətləri də dövlət başçısının təşəbbüsünə qoşularaq, ayrılıqda 50 min manat olmaqla, ümumilikdə 150 min manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək.
“AzerGold” koronovirus pandemiyası ilə mübarizədə Azərbaycan ictimaiyyəti ilə həmrəy olduğunu bəyan edir.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












