“Azəriqaz”: “Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur”

“Xankəndi şəhəri və işğaldan azad edilmiş digər ərazilər Azərbaycanın suveren ərazisidir və əzəli Azərbaycan torpaqlarıdır. Həmin ərazilərdə qaz infrastrukturunda və yaxud digər infrastrukturlarda işlər yalnız Azərbaycan dövləti tərəfindən görülə bilər”.
Avtosfer.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ”Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, Xankəndi şəhəri daxil olmaqla, Qarabağ iqtisadi zonası 1980-cı illərdə Azərbaycan dövləti tərəfindən qazlaşdırılıb: “Orada qaz infrastrukturu yaradılmışdı. Sonrakı işğal dövründə kommunikasiyaların böyük bir qismi ermənilər tərəfindən dağıdılmışdır, viran edilmişdir”.
T. Cəfərov bildirib ki, Xankəndi şəhərinə gedən qaz xətti üzərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müəyyən təmir bərpa işləri aparılıb:
“Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur. Nəzərdə tutulub ki, növbəti mərhələlərdə bütün bu ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulacaq. Həmin ərazilərdə çəkiləcək infrastrukturdan Azərbaycan vətəndaşları yararlana biləcəklər”.
“Report”
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











