“Azərişığ"ın rəhbərliyi 1 aylıq maaşlarını Fonda köçürüb

“Azərişıq” ASC (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, virusla bağlı yaranmış situasiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsiri azaltmaq məqsədilə Prezident İlham Əliyevin başlatdığı genişmiqyaslı və çoxşaxəli tədbirlərə tam dəstəyini ifadə edib.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, ASC-nin rəhbərliyi bir aylıq əmək haqqını tam, digər əməkdaşları isə öz aylıq əmək haqlarının bir qismini Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.
Bundan başqa, ölkə üzrə görülən profilaktik tədbirlər çərçivəsində koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə “Azərişıq” ASC tərəfindən qabaqlayıcı addımların atılması da davam etdirilir. Əməkdaşların sağlamlığını təmin etmək məqsədilə səhmdar cəmiyyətin bütün inzibati binalarının giriş-çıxış hissələrində mütləq şəkildə istifadə üçün dezinfeksiyaedici məhlullar qoyulub, tibbi maskalar paylanıb. Əməkdaşların təmasda olduğu bütün səthlər mütəmadi şəkildə dezinfeksiya edilir.
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










