“Azərişıq” əlavə ödənişlərə aydınlıq gətirdi

Azərbaycanda istifadə edilən elektrik enerjisinin dəyəri Tarif (Qiymət) Şurasının müəyyən etdiyi qiymətlərlə tənzimlənir, təqdim olunan bildiriş və hesab fakturalarda açıq-aydın göstərilməkdədir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin istehlakçılara müraciətində bildirilir.
"Təəssüf ki, bəzi media qurumları ödəmə terminalının nümayəndəsinin sözlərini “Azərişıq” adından təqdim etməklə abunəçilər arasında çaşqınlıq yaradıb. İstehlakçılara təqdim edilmiş bildiriş və hesab fakturadakı məbləğlərdən əlavə hər hansı məbləğ tələb olunmur. Əhali istehlakçıları tərəfindən nəğd ödəmələrə görə aparılan əməliyyatların xərci isə “Azərişıq” ödəyir. Yəni əhali abunəçilərimizdən ödəmə terminalı ümumiyyətlə hər hansı bir əlavə xidmət haqqı ala bilməz.
Bir daha bildiririk ki, Qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən ödəmə terminallarına nəğd ödəniş zamanı xidmət haqqı tətbiq olunmasının “Azərişıq” ilə heç bir əlaqəsi yoxdur. Əksər qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən istifadə etdikləri enerji haqqlarına görə ödənişləri banklar vasitəsi ilə köçürmə yolu ilə aparılır, nəğd ödənişlər zamanı isə ödəniş operatorları üzrə seçimi abonent özü müəyyən edir", - deyə qurum bəyan edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












