"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib. Bunu qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.
V.Aydınoğlunun sözlərinə görə, mövcud hava durumu ilə əlaqədar əlavə mal-material və texnika ayrılıb:
"Ötən gecədən başlayaraq güclü küləklə müşaiyət olunan yağışlı hava "Mərkəzi Aran" Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisində olan Göyçay, Ağsu ,"Bakı" RETSİ-nin ərazisində olan Abşeron rayonu ərazisində elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaradıb. Əməkdaşlarımızın operativliyi nəticəsində fasilələr qısa müddətdə aradan qaldırılıb.
İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı kəsinti ilə əlaqədar 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar".
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












