"Azərlotereya"nın dəstəyi ilə "Everest" intellektual oyunları davam edir - FOTO

"Azərlotereya" ASC-nin dəstəyi ilə ölkənin ən populyar intellektual əyləncə platformalarından biri olan "Everest" fəaliyyətini daha da genişləndirir. Məqsəd ölkədə intellektual əyləncə mədəniyyətinin inkişafına və bilik yarışlarının populyarlaşmasına töhfə verməkdir. Belə təşəbbüslərə dəstək göstərmək cəmiyyətin maariflənməsi və yaradıcı düşüncənin təşviq olunması baxımından böyük əhəmiyyətə malikdir.
2017-ci ildən fəaliyyət göstərən "Everest"də hər həftənin ikinci günü intellektual oyunlar təşkil olunur. Yarışlar istənilən yaş kateqoriyasından olan iştirakçılar üçün açıqdır. Oyunlara həm fərdi şəkildə, həm də şirkətlərin korporativ komandaları olaraq qatılmaq olar. Yarışlarda iştirak komanda ruhunu gücləndirməyə və əməkdaşlar arasında intellektual rəqabətə imkan yaradır.
"Everest"də hər həftə 40-dan çox komanda iştirak edir. İlk 3 yeri tutan komanda müxtəlif hədiyyələrlə mükafatlandırılır.
Qeyd edək ki, "Azərlotereya" ASC artıq 3 mövsümdür ki, Peşəkar İntellekt Liqasının da sponsorudur. Şirkət gələcəkdə də intellektual oyunların inkişafına yönəldilmiş fəaliyyətini davam etdirəcək.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...

















