“Azərpoçt” və Almaniyanın poçt şirkəti əməkdaşlıq imkanlarını müzakirə ediblər - FOTOLAR

“Azərpoçt” və Almaniyanın “Deutsche Post DHL Group” şirkəti nümayəndələrinin Ümumdünya Poçt İttifaqının dəstəyi ilə birgə görüşü keçirilib. Görüş “Deutsche Post DHL Group” (DPDHL) şirkətinin Bonn şəhərində yerləşən baş ofisində reallaşıb.
“Azərpoçt”dan Avtosfer.az-a bildirilib ki, tərəflər “Deutsche Post DHL Group”un fəaliyyət istiqamətləri, əməliyyat modeli, rəqəmsallaşma strategiyası, poçt və bağlama axınlarının idarə edilməsi üzrə qabaqcıl təcrübələr, eləcə də elektron ticarət və logistika sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Həmçinin səfər proqramı çərçivəsində Köln və Troisdorf çeşidləmə mərkəzlərinə təşkil olunan təcrübə mübadiləsi zamanı “Azərpoçt” MMC-nin nümayəndə heyətinə avtomatlaşdırma texnologiyaları, ünvanların avtomatik tanınması, enerji səmərəliliyi və böyük axınların idarə olunması üzrə müasir proseslər nümayiş etdirilib.
Səfər nəticəsində əldə olunan biliklər “Azərpoçt”un əməliyyat səmərəliliyi, rəqəmsal inteqrasiya və xidmət keyfiyyətinin artırılması üzrə strateji hədəflərinin dəqiqləşdirilməsinə mühüm töhfə verib.
Qeyd edək ki, “Deutsche Post DHL Group”un Azərbaycanla potensial əməkdaşlığa hazır olduğunu vurğulaması ölkənin elektron ticarət imkanlarının genişlənməsi və beynəlxalq logistika şəbəkələrinə inteqrasiyasının sürətlənməsi üçün əhəmiyyətli perspektivlər açır.



Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












