"Azərsığorta"dan fırıldaq - Departament müdiri "fotoşop"la 22 mini ələ keçirdi (FOTOFAKT)

Bakıda sığorta şirkətinin departament müdiri maraqlı bir əmələ ət atıb. Baş verən qəzada dəymiş zərəri şişirtmək üçün saxtakarlığa edib.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, söhbət "Azərsığorta” dövlət sığorta şirkətinin departament müdiri Xəyyam Hətəmovun əməllərindən gedir.
Məlumata görə X.Hətəmov xidməti fəaliyyəti ilə əlaqədar yaranan borcu ödəmək üçün bu yola əl atıb. Tanışı olan qadının avtomobilinə dəymiş ziyanı fotoşop proqramı ilə dəyişib.
Belə ki, Xəyyam Hətəmov “Azərsığorta”nın Sumqayıt filialının müdiri olarkən tanışı Ülviyyə Məmmədovanın idarə etdiyi 90 OU 777 dövlət nömrə nişanlı “Chevrolet Captiva” markalı avtomobil qəza törədib.
Həmin ərəfədə X.Hətəmov "Azərsığorta"nın filial müdiri olub. Bir müddət sonra o Baş İdarədə Qəza hallarının araşdırılması departamentinin müdiri təyin olunub.
![]()
Kasko sığortası "Azərsığorta"da olan Ü.Məmmədovaya məxsus “Chevrolet” markalı avtomobilin qəzadan sonra çəkilmiş fotosu üzərində fotoşopla montaj işləri aparılaraq zərər 22 min manat göstərilib.
![]()
Xəyyam Hətəmov buna görə şirkətin hesabında işçisi Ülviyyə Məmmədovanın bank hesabına 22 min manat ödəniş edib.
İşin maraqlı tərəfi budur ki, həmin zaman Xəyyam Hətəmovun xidməti fəaliyyətlə bağlı “Azərsığorta”ya 23 min manat debitor borcu olub.
Fotoşoplu şəklə görə bank hesabına 22 min manat ödənilən işçisi Ülviyyə Məmmədova isə məhz bundan sonra Baş idarədə Mühasib köməkçisi olub.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











