“Azərsun Holdinq” aztəminatlı ailələrə Ramazan sovqatı hədiyyə etdi

Xalqımızın milli-mənəvi dəyərlərinə həssaslıqla yanaşan, təkcə xüsusi günlərdən deyil, hər zaman aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan insanların yanında olan “Azərsun Holdinq” Ramazan bayramı ilə əlaqədar sosial tədbirlərini davam etdirir. Şirkətlər qrupu bu dəfə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə Azərbaycanda 3-cü ölkələrdən gələn qaçqın və sığınacaq axtaranlara öz istehsal etdiyi məhsullardan hazırlanmış bayram bağlaması hədiyyə edib. Onlar arasında Əfqanıstan, Rusiya, İran və İraqdan gələn qaçqın və sığınacaq axtaranlar üstünlük təşkil edib.
Qeyd edək ki, BMT-nin qaçqınlarla işləyən qurumu olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda öz nümayəndəliyini 1992-ci ildə yaradıb. Qurumun əsas məqsədi BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etməkdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bu ilə olan son statistikasına əsasən, Azərbaycanda digər ölkələrdən gələn 1138 qaçqın və 865 sığınacaq axtaran himayə olunur
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











