“Azərsun Holdinq” Ramazan sovqatı payladı - FOTO

Ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan və hər zaman Azərbaycanın sosial, mədəni, tarixi dəyərlərinə xüsusi həssaslıqla yanaşan "Azərsun Holdinq” Ramazan ayı ilə əlaqədar sosial layihə həyata keçirib. “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq ölkəmizdə işsizliyin azaldılmasında mühüm rol oynayan “Azərsun Holdinq” həmçinin mütəmadi olaraq sosial layihələr reallaşdırır.
Müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar holdinq əməkdaşları Masazır və ətraf ərazilərdə yaşayan yüzlərlə aztəminatlı ailəni ziyarət edib, öz istehsal etdiyi məhsullardan hazırlanmış bayram bağlaması hədiyyə edib.
Lahiyə, həm də Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə respublikada tətbiq olunan xüsusi karantin rejimi dövründə insanların evlərindən kənara çıxmaması, bununla da virusa yoluxma riskinin azaldılması məqsədilə həyata keçirilib.
Qeyd edək ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”nın reallaşdırılmasına öz töhfəsini verən “Azərsun Holdinq”in bütün istehsal müəssisələri, satış, təminat komandası və pərakəndə satış şəbəkələri koronavirusla mübarizə çərçivəsində tətbiq edilmiş xüsusi karantin rejimində də tam qüvvəsi ilə fəaliyyətini davam etdirir.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”

















