«Azəryolservis» bayramda gücləndirilmiş iş rejimində çalışacaq

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar. Bu barədə Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, iş günləri ilə müqayisədə bayram günlərində nəqliyyat vasitələrinin sayının azlığı nəzərə alınaraq həyata keçirilən işlərlə yanaşı, digər ərazilərdə nəzərdə tutulan işlər davam etdiriləcək. «Bunların sırasında Heydər Əliyev Mərkəzinin qarşısından Baş Polis İdarəsinə qədər olan hissədə asfalt-beton örtüyünün üst qatının yenilənməsi, Ziya Bünyadov prospektinin Azadlıq və Atatürk prospektləri ilə kəsişməsində yerləşən yolötürücülərin Xutor dairəsindən Böyük Şor istiqamətinə olan hissəsində temperatur tikişlərinin dəyişdirilməsi və hazırda həyata keçirilən digər işləri göstərmək olar”,- deyə P. Mürsəliyev bildirib. Bundan əlavə, bayram günlərində "Azəryolservis" ASC-nin mərkəzi aparatında 24 saat ərzində fəaliyyət göstərən növbətçilər avtomobil yollarındakı vəziyyət və görülən işləri qeydə alacaqlar.
Elmin
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












