“Azəryolservis”də struktur yenilənir - işçilər ərizə yazır

Dekabrın 28-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılan “Azəryolservis” ASC-də bu gündən kütləvi ixtisarlara start verilib. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya daxil olan məlumata görə, qurumun yeni sədri Saleh Məmmədov təxminən 200-dən çox əməkdaşı çağıraraq onlara işdən azad olunmaları ilə bağlı ərizə yazdırıb. Bəzi işçilərə strukturu dəyişdirilən qurumda işə götürüləcəyi ilə bağlı vəd verilsə də, əksər əməkdaşlara isə işdən çıxarıldıqları deyilib. Qeyd olunur ki, Saleh Məmmədov özünə yeni komanda formalaşdırır.
“Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli məlumatı təsdiqləyib və bildirib ki, bütün kollektivə belə bir ərizə yazdırılıb: “Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən "Azəryolservis" ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Sırf sənədləşmə prosesi olduğu üşün bütün işçilər ərizə yazır. Cəmiyyətin yeni strukturu formalaşan kimi həmin işçilər artıq yeni ərizə yazaraq yeni struktura qəbul olunacaqlar. Ancaq bu o demək deyil ki, həmin işçilər bu müddət ərzində işsiz qalacaq. Yenə də işlərinə davam edirlər. Sadəcə olaraq sırf struktur dəyişikliyi ilə bağlı adi prosedurdur. Mən özüm də ərizə yazmışam”.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










