AzTV-nin tanınmış əməkdaşları koronavirusa yoluxub

“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) daha iki əməkdaşı koronavirusa yoluxub.
Bu barədə qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib.
Onun sözlərinə görə, İdman televiziyasının əməkdaşları Fikrət Adıgözəlli və Rövşən Binnətlinin koronavirusla bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb:
"Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Hazırda müalicələri davam etdirilir. Bundan əlavə, digər 5 əməkdaşımız da xəstəxanada müalicə alır. 1 nəfər isə evə buraxılıb".
Qeyd edək ki, daha əvvəl AzTV-nin Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev və QSC-nin rejissoru Samir Nemətzadə koronavirusdan vəfat edib. ("Report")
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











