Silahla gəzib polisi təhqir edən “Kürd Elnur”un həbsdən görüntüləri - FOTO - VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov saxlanılıb. Avtosfer.az xəbər verir ki, onun üzərindən 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı Elnur Abbasovun paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin “BMW” markalı avtomobilini qəsdən dərəyə aşıraraq yararsız hala salması da müəyyən edilib.
Araşdırma zamanı saxlanılan şəxsin cinayətkarlığı təbliğ edən, həmçinin karantin günlərində polis əməkdaşlarına tabesizlik göstərməsini özündə əks etdirən videolar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə yaydığı da məlum olub. Elnur Abbasovun hazırladığı videolarda gəncləri və yetkinlik yaşına çatmayanları cinayətkarlığa sövq edən motivlərin olduğu da müəyyən edilib. Saxlanılan şəxs istintaqa ifadəsində bütün qanunazidd hərəkətlərindən səmimi peşman olduğunu bildirib.
Qeyd edilən xüsusatlarla bağlı Elnur Abbasov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. Silsilə cinayət əməllərini törətməkdə şübhəli bilinən Elnur Abbasov tutularaq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
















