ABŞ COVID-19 ilə mübarizə üçün Azərbaycana vəsait ayırdı

ABŞ Azərbaycana koronavirusla mübarizə üçün tibbi və humanitar yardım şəklində, təxminən, 3,6 milyon ABŞ dolları ayırıb. Bu, ABŞ Dövlət Departamentinin mayın 19-da yaydığı məlumatda göstərilib.
Qeyd olunub ki, ümumi məbləğdən 3 milyon ABŞ dolları tibbi yardım, laboratoriya sistemlərinin hazırlanması, xəstələnmə hallarının aşkarlanması və epidemik nəzarətinin intensivləşdirilməsi, texniki mütəxəssislərin vaxtında reakasiya verməsi və hazıqlığı üçün dəstək, risklər barədə məlumatlandırmaya dəstək və s. üçün ayrılıb. Qalan 565 min ABŞ dolları isə pandemiya zamanı aztəminatlı əhaliyə humanitar yardım məqsədi daşıyır.
Daha əvvəl bildirilirdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) COVID-19 virusunun yayılması ilə mübarizə üçün Azərbaycana tibbi yardım şəklində 1,7 milyon ABŞ dolları ayırdığı bildirilmişdi.
Son 20 ildə ABŞ Azərbaycana 890 milyon ABŞ dollarından çox, o cümlədən səhiyyə sahəsinə, təqribən, 41 milyon ABŞ dollarından çox sərmayə qoyub.
Ümumiyyətlə, koronavirusun yayılmasından bəri ABŞ hökuməti ümumilikdə dünyanın müxtəlif ölkələrinə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına təcili tibbi, humanitar və iqtisadi yardım məqsədi ilə 900 milyon ABŞ dollarından çox vəsait ayırıb. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












