Bacısını burğacla vurdu, qardaşının üstünə maşın sürdü

Bakının Xəzər rayonunda bacı-qardaşını öldürməyə cəhddə təqsirləndirilən İlham Bədəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Mirzə Xankişiyevin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xəzər rayonu Binə qəsəbəsində baş verib.
1971-ci il təvəllüdlü Bədəlov İlham Şura oğlu münaqişə zamanı burğacla 1970-ci il təvəllüdlü bacısı Aygün Bədəlovaya hücum edərək ona xəsarətlər yetirib.
Daha sonra o, "KİA" markalı avtomobilinə əyləşərək, maşını qardaşı 1973-cü il təvəllüdlü Elxan Bədəlovun üzərinə sürüb və ona ağır bədən xəsarəti yetirib.
Saxlanılan zaman İ.Bədəlov bildirib ki, münaqişəyə səbəb xəstə atasına düzgün qayğı göstərilməməsi olub. O, az qala bütün sutkanı işlədiyini, evdə ondan başqa üç bacısı və üç qardaşı olmasına baxmayaraq, atasına baxmadıqları üçün özündən çıxdığını qeyd edib.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












