Sürücülərə ŞAD XƏBƏR - Badamdar-20-ci sahə yolu açılıb - FOTO - VİDEO

Badamdar-20-ci sahə yolunda avtomobillərin hərəkəti tam bərpa olunub.
Avtosfer.az-ın xəbərinə görə, bir neçə ay əvvəl sürüşmə zonasında aparılan işlərə görə bağlanmış yolda əsaslı təmir işləri aparılıb, yola asfalt çəkilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, Badamdar-20-ci sahə yolu bütün növ avtomobllərin hərəkəti üçün yararlı hala gətirilib. Qurum rəsmisi sürücülərə müraciət edərək onları yenidən istismara verilmiş yoldan istifadə etməyə çağırıb.
Bundan başqa, yaxın günlərdə marşrut avtobuslarının da yoldan istifadəsinə icazə veriləcəyi gözlənilir.
Qeyd edək ki, 2018-ci ildə Badamdar yamacında baş verən sürüşmədən sonra həmin ərazidən keçən yolda nəqliyyatın hərəkəti tamamilə dayandırılmışdı. 2021-ci ildə ərazidə yaşayan vətəndaşlarının rahatlığını təmin etmək məqsədilə yoldan yalnız minik avtomobillərinin hərəkətinə icazə verilib.
İki ay əvvəl isə yamacda görülən təmir işlərinə görə yol yenidən tamamilə bağlanmışdı.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT












