Bağlanan bankların krediorların NƏZƏRİNƏ

Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu bu bankların ləğvedicisi təyin edilib. Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
-kreditorun adı və ünvanı;
-tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
-tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC-nin kreditorlardan xahiş olunur ki, 2 iyun 2020-ci il tarixindən kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010)
Qaynar xətt: 135
Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 932
Kreditor tələblərin qeydiyyatı 15 iyul 2020-ci il tarixinədək aparılacaq.
Qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların 16 iyun 2020-ci il tarixindən ödənilməsi nəzərdə tutulur. Kompensasiyaların ödənişi ilə bağlı tələb olunan sənədlər və prosedurlar barədə əlavə məlumat veriləcəkdir.
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO










