Bağlanmış banklarda əmanəti olanlarla bağlı Fonddan AÇIQLAMA
Gündəm
18 Avqust 2020 00:59

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarları ilə ləğv prosesində olan “Amrahbank” ASC, “NBC Bank” ASC, “Atabank” ASC və “AG Bank” ASC-yə qarşı kreditor tələblərinin qeydiyyat müddəti 30 gün uzadılıb. Əmanətlərin Sığortalanması Fondundan Avtosfer.az-a bildiriblər ki, kreditor tələblərinin qeydiyyatı 14 sentyabr 2020-ci il tarixədək aparılacaq. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
- kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Kreditorlardan xahiş olunur ki, kreditor tələbinin qeydiyyata alınması üçün hər bir bank üzrə aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
Ləğv prosesində olan “Amrahbank” ASC üzrə - Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.
Ləğv prosesində olan “NBC Bank” ASC üzrə - Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 932
Ləğv prosesində olan “Atabank” ASC üzrə - Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00; Qaynar xətt – 136.
Ləğv prosesində olan “AG Bank” ASC üzrə - Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010)
Qaynar xətt: 135
Oxunub : 1268
DİGƏR XƏBƏRLƏR
27 Sentyabr 2026 15:24
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
27 Sentyabr 2026 12:36
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
27 Sentyabr 2026 00:00
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
26 Sentyabr 2026 19:45
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
26 Sentyabr 2026 19:41
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
26 Sentyabr 2026 19:35
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
26 Sentyabr 2026 16:47
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
26 Sentyabr 2026 16:29
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
26 Sentyabr 2026 15:00
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
ŞƏRH YAZ












