Baharın Azərbaycana gəlmə vaxtı açıqlandı

Bu il bahar fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından oxu.az-a bildiriblər ki, 2016-cı ildə bahar Azərbaycana martın 20-də Bakı vaxtı ilə 08:30-da qədəm qoyacaq.
Buna görə də həmin gün Novruz bayramı hesab olunacaq.
Martın 20-də də gecə və gündüz bərabərləşəcək.
Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınır. Həmin andan başlayaraq şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il 20, 21, 22, 23 və 24 mart tarixləri Novruz bayramıdır.
Əmək Məcəlləsinə əsasən, 2016-cı ildə Novruz bayramı günlərində 20 mart tarixi bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdirilərək 25 mart qeyri-iş günü olacaq.
26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən Novruz bayramında 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günü olacaq.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












