Bakı Aeroportu sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi

Heydər Əliyev Beynəlxalq Aeroportu sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım avtomobillərinin görüntüləndiyi videomateriala aydınlıq gətirib. Aeroportun mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ötən gecə İtaliyadan tranzit gələn 26 sərnişin “Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib. "Koronovirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantinə yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Videogörüntülərdəki çoxsaylı təcili tibbi yardım avtomobilləri bununla izah olunur"- deyə məlumatda vurğulanıb.
Eyni zamanda, bildirilib ki, Bakıya gələn 26 sərnişindən 24-ü İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşı, 2 nəfəri isə əcnəbidir.
Fidan
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












