Bakı avtovağzalında çaxnaşma - FOTO+VİDEO

Novruzun gəlişi ilə əlaqədar olaraq Bakı Beynəxalq Şəhərlərarası Avtovağzalda əməlli-başlı sərnişin sıxlığı yaşanır. Artıq dünəndən başlayaraq avtovağzalda sərnişinlərin sayı ikiqat artıb. Bəs hazırda Bakı Beynəlxalq avtovağzalda nə baş verir? Suala cavab almaq üçün anspress avtovağzalda müşahidə aparıb. Həqiqətən də, buraya çatanda gördük ki, adam əlindən tərpənmək mümkün deyil. Kimi biletini alıb yol tədarükünü görüb bölgəyə yollanır, kimi də saatlarla avtovağzalda dayanıb marşrutunu gözləyirdi. Əvvəlcədən bilet alanlar vaxtında yola düzələ bilirdilər. Lakin bir çoxu biletlərin yoxluğundan və avtobus çatışmazlığından şikayətləndi. Sərnişinlərin əsas şikayəti saatlarda avtobus gözləmələri barədə oldu. Lakin lazım olan ünvana gedəcək matrşurut tapa bilmirlər. “Avtobusların çoxunun qarşısında hara getdikləri barədə yazılmayıb. Camaat da qaçır o avtobusun, bu avtobusun dalınca. Bayaqdan gözləyirəm, Xudata gedən avtobus yoxdur. Heç Quba-Qusar avtobusu da yoxdur. Bilmirik dərdimizi kimə deyək. Bayram günü avara olmuşuq”, - deyə Qafar Axundov adlı kişi şikayətlənib.
Baxmayaraq ki, Beynəlxalq Avtovağzal rəhbərliyindən bildirilmişdi ki, bayram günlərində nəqliyyatın fəaliyyətində heç bir problem olmayacaq, hələ ki, sərişinlər onlara edilən xidmətdən narazılıqlarını bildirirdilər.
Qeyd edək ki, avtovağzal rəhbərliyindən bildirilmişdi ki, bayram günlərində Bakı Beynəlxalq Avtovağzalında bütün istiqamətlərə ümumilikdə 400-dən artıq əlavə avtobus buraxılacaq. Bayramda sərnişin sıxlığının yaranacağı gözlənilsə də, heç bir problem yaranmayacaq.
Məsələ ilə əlaqədar Beynəlxalq avtovağzalın növbə rəisi Məhəmməd Abdullayev bildirdi ki, yaranmış problem tezliklə həll ediləcək. Onun sözlərinə görə, gözləniləndən də artıq sərnişin axını olduğu üçün müəyyən çatışmazlıqlar yaranıb. Qısa vaxt ərzində xəttə əlavə avtobuslar buraxılacaq.
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI



















