Bakı-Balakən qatarı Qaxda dayandırılıb

Bakıda və rayonlarda müşahidə olunan qarlı-çovğunlu hava şəraiti ilə əlaqədar Bakı-Ballakən qatarı Qax rayonunun ərazsində dayandırılıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov "Report"a açıqlamasında deyib ki, dəmiryolunun qardan təmizlənməsi üçün əraziyə texnika cəlb olunub. O qeyd edib ki, əraziyə qartəmizləyən maşın, əlavə texnika göndərilib: "Bir hadisə baş verməsin deyə, qatarın hərəkətini özümüz dayandırmışıq. Əraziyə texnika göndərmişik. Hazırda dəmiryol qardan təmizlənir ki, qatar baş yola çıxa bilsin. Hərəkətin bərpası qarın təmizlənməsindən asılıdır. Dəqiq vaxt demək mümkün deyil. Amma güman ki, bu gün ərzində hərəkəti bərpa edəcəyik".
O bildirib ki, hərəkəti dayandırılan qatardakı sərnişinlər digər nəqliyyat vasityələri ilə yola salınıb. "Qax Rayon İcra Hakimiyyətinə müraciət etdik ki, sərnişinlər gözləməsin deyə, avtobuslarla onların daşınması həyata keçirilsin. Sərnişinlər avtobuslarla yola salınıb".
N.Əzməmmədov deyib ki, hələlik digər istiqamətlərdə heç bir problem yoxdur.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












