Bakı Dəmir Yolu Vağzalında dezinfeksiyaedici avadanlıq quraşdırılıb - VİDEO

Koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədi ilə dəmir yollarında da sanitariya-epidomoloji tədbirlər davam etdirilir.
Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, Bakı sərnişin vağzalında virusun yayılmasının qarşısını almaq üçün aparılan mübarizə tədbirləri çərçivəsində xüsusi avadanlıq quraşdırılıb. Fərdi qoruma vasitəsi olan bu avadanlıq məhlullarla təmin edilib. Vağzalın ərazisindən istifadə edənlər, qatarlara minmək istəyən sərnişinlər əllərini bu məhlullar vasitəsilə təmizləyə bilərlər.
Profilaktik tədbirlər eyni zamanda qatarlarda, stansiya və platformalarda da həyata keçirilir. Vaqonlar xüsusi tibbi qutularla, həmçinin bələdçi heyəti maska və əlcəklərlə təmin edilib. Koronavirusun dəmiryol nəqliyyatında yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah yaradılıb. Həmiçin Bakı sərnişin vağzalında 499 61 11 nömrəli "qaynar xətt" də fasiləsiz fəaliyyətdədir.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












