Bakı I Media Forumu keçiriləcək

Martın 18-də Bakı I Media Forumu təşkil olunacaq. Forumun əsas mövzusu Azərbaycanda xəbər istehlakı, medianın vəziyyəti, yeni trendlər və tətbiq olunan yeniliklər haqqında olacaq.
Tədbirdə bir çox media və PR mütəxəssisləri, biznes adamları, influenserlər və müxtəlif şirkətlərin nümayəndələri çıxış edəcəklər.
Forum INPRESS PR Solutions-un təşkilatçılığı ilə həyata keçirilir.
Forumun əsas məqsədi son illərdə sürətlə dəyişən media ənənələri və vasitələrinə diqqət çəkmək, yeni media alətlərinin ölkədə tətbiqini təşviq etmək, vətəndaşların xəbər istehlakı vərdişlərini müzakirə etmək və bu sahədə dünyanın qabaqcıl ölkələrində tətbiq olunan təcrübələri jurnalistlər, PR mütəxəssisləri, tələbələr və mövzuya maraqlı olan digər şəxslərlə bölüşməkdir.
Hilton Baku Hotel-də keçiriləcək forum 3 hissədən ibarət olacaq. Birinci hissədə 2019-2020-ci illərdə Azərbaycanda aparılan "Xəbər İstehlakı” tədqiqatının nəticələri haqqında məlumat veriləcək. 2-ci və 3-cü hissələr panel şəklində təşkil olunacaq.
Birinci paneldə xəbər qəbul etmə davranışları, media texnologiyaları, kontent və aparıcı media qurumlarının təcrübələri kimi məsələlər müzakirə olunacaq.
İkinci paneldə isə sosial medianın və influenserlərin informasiya çatdırılmasında kütləvi mediaya bənzər rolları haqqında danışılacaq.
İstəyən hər kəs tədbirdə iştirak edə bilər.
Yer: Hilton Baku Hotel,
Tarix: 18.03.2029,
Saat: 10:00 – 12:45.
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










