“Bakı Kart”ın çalışmayan terminalları, yolda qalan sərnişinlər - Qurum problemlərə susur...

Hazırda şəhərin bir çox yerlərində “Bakı Kart” terminalları çalışmır. Bu isə soyuq havalarda işə, dərsə tələsən insanları çətin duruma salıb. Belə ki, ictimai nəqliyyat üçün nəzərdə tutulan ödəniş kartlarına pul yükləyə bilməyən şəhər əhalisi demək olar ki, yollarda qalıb.
Məsələ ilə bağlı Bakı Kart sisteminin mətbuat xidmətinin əməkdaşı Orxan Bayamovla əlaqə saxlamağa çalışsaq da, o, telefonlarımızı məşğula alaraq, suallarımıza cavab verməkdən boyun qaçırıb.
“Bakı Kart sistemi Azərbaycanda ödəniş mövzusunda tətbiq edilən ilk sistemdir. Artıq Bakı Nəqliyyat Agentliyi ödəniş terminallarını ləğv edir”.
Bu sözləri Ednews-a açıqlamasında Elməddin Muradlı bildirib.
“Alternativ variant kimi milli ön, onlayn sistem vasitələri ilə ödəniş etməyi tələb edirlər. Amma sual yaranır ki, belə qaydada ödəniş etmək mümkün idisə, bu qədər avadanlığı nəyə görə küçələrə töküblər? Artıq bu terminallara nadir hallarda rast gəlmək olur. Texniki xidmət bərbad olduğuna görə yaxın vaxtlarda Bakı kart sistemi çökə bilər”.
Onun sözlərinə görə bu sistemə vaxtında texniki qulluq göstərilmir.
“ Məndə olan məlumatlara görən Bakı Nəqliyyat Agentliyi ilə Bakı Kart sistemini quran Türk şirkətləri arasında problemlər var. Vaxtında ödənişlərin olmaması tərəflər arasında müqavilələrin icra olunmaması narazılığa səbəb olur. Bu yaxınlarda yenilənmə adı ilə ictimai nəqliyyatda kart sistemini çökdürmüşdülər. Yəni bu bir siqnaldır. Bir gün görəcəyik ki, bu problem ciddi fəsad kimi özünü göstərdi”.
O həmçinin bildirib ki müqavilənin şərtlərində nə varsa bunlar icra olunmur.
“ İnkişaf etmək əvəzinə geri gedirik. Terminalları küçələrdən yığışdıracaqlarsa bundan yaranacaq fəsadları qarşılamalıdırlar. Bakı Kart sistemi Türk şirkətləri tərəfindən yaradılıb. BNA onlara müəyyən vaxt qarşılığında ödəniş edib. Sonradan bu ödənişlərin olmaması, xərclərin çoxalmağı problemlər yaradıb. Bu gün daşıyıcı şirkətlər etiraz edir ki, Bakı Kart sistemi bizdən kart 5 % tutur”.
Ekspertin fikrincinə , bunların arxasında hansısa iki məmurun şəxsi maraqları var.
“Bu pulların xeyli hissəsi onlar tərəfindən mənimsənilir, amma sistemə texniki dəstək üçün maddi dəstək ayırmırlar. Gözləyirlər ki, dövlət nə vaxtsa pul ayırar. Bu adamlar insanları deyil, öz ciblərini düşünürlər”.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI











