"Bakı Metropoliteni" QSC-də qanvermə aksiyası keçirilib - FOTO

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından problemin həlli üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüsə əsasən, “Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
Avtosfer.az xəbər verir ki, Mərkəzi Qan Bankı peşəkar tibbi briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donor müayinə olunub, onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib. Aksiyada 64 donordan qan götürülüb.
Tibb mütəxəssisləri aksiyada iştirak edənlərə qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü donorluğun məramından danışıb, belə aksiyanın xeyirxahlıq ifadəsi olduğunu bildirib, həmçinin qanvermənin insanın öz sağlamlığı baxımından əhəmiyyətindən söz açıblar.
Onu da xüsusi qeyd edək ki, “Bakı Metropoliteni” QSC-də ənənəvi qanvermə aksiyası cari ilin fevral ayında 6-cı dəfə keçirilmişdi. Ümumən Bakı metropolitenində təşkil edilən könüllü qanvermə aksiyalarının məqsədi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq, bu məsələnin sosial mahiyyətinə cəmiyyətin diqqətini cəlb etməkdir.
Gültən
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”






















