"Bakı Metropoliteni" səyyar maska satışına dəstək verəcək

"Sabahdan etibarən Bakı metrosunda qatarlar adi iş qrafiki ilə - 2 dəqiqəlik intervalla hərəkət edəcək".
Avtosfer.az "Report"-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.
Qurumun sədri Zaur Hüseynov isə deyib ki, icazəsiz və maskasız metroya daxil olan sərnişinlər cərimələnəcək, amma bu, onların işi deyil. "Sərnişinlərin cərimələnməsi bizim funsiyamıza daxil deyil. Biz səyyar maska satışına dəstək verəcəyik. 25 stansiyanın 17-də aptek var. Apteklərin sahibi olan şirkətdən xahiş etmişik ki, apteklər səhər saat 6-dan işə başlasın".
***
Z.Hüseynov metroda "sosial məsafə"nin qorunmasının vacibliyindən də danışıb: "Sosial məsafə" qorunmasa bu koronavirus xəstələrinin sayının artmasına və metronun yenidən bağlanmasına səbəb ola bilər. Onu da deyim ki, metronun günlərlə işləməməsinə görə 29 milyon sərnişin itirmişik.
H.Məmmədov isə bildirib ki, yaşı 65-dən çox olan işçilərin işə çıxmasına icazə verilməyəcək: "Biz ilk gündən əməkdaşlarımızın müəyyən qrafiklə işə çıxmasına çalışmışıq. Yaşı 65-dən çox olanların isə işə çıxmasına ehtiyac görmürük".
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











