Bakı metrosu bayram günlərinə iş rejimini açıqlayıb

Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər olacaq.
Avtosfer.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, həmin tarixlərdə şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək, bunun üçün isə növbətçilik cədvəli tərtib olunub.
Bayram günlərində qatarların optimal hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Martın 19-21-də “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik, martın 22-24-də isə 3 dəqiqəlik intervalla tənzimlənəcək. Bu stansiyada Qırmızı və Yaşıl xətlər birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq. Bununla belə, sərnişin axınını tənzimləmək məqsədilə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.
“Bakmil” istiqamətinə və əksinə hərəkət edən qatarların hərəkət cədvəliisə martın 19-21-də şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun olacaq.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












