Bakı metrosunda elanları uşaqlar səsləndirib

“Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq koronavirus (“COVID-19”) pandemiyası ilə mübarizə şəraitində xüsusi karantin rejiminin tələbləri çərçivəsində uşaqlara həsr olunmuş fərqli layihələrini təqdim edib. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, budəfəki əsas mövzular günün tələbinə uyğun olaraq qurulub. Sosial məsafənin saxlanmasının aktual olduğu, kütləvi sosial-mədəni tədbirlərin məhdudlaşdırıldığı karantin rejimi dövründə festival ovqatlı tədbirləri bu dəfə fərqli layihələrlə uşaq səsləri əvəz edir.
Stansiyalarda xüsusi azyaşlı, məktəbəqədər və məktəbli uşaqların dili ilə maarifləndirici elanlar səsləndirilir. Uşaqların çağırışlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin və qurumun yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarları, tövsiyələri və metodiki göstərişləri, eləcə də Səhiyyə Nazirliyi, TƏBİB və Ümumdünya Səhiyyə təşkilatının “COVID-19” virusundan sərnişinlərin qorunması üçün tövsiyələri xüsusi yer alır.
Əvvəlki iki ildə olduğu kimi, sərnişinlərin xüsusi rəğbətlə qarşıladığı uşaqların səsləndirdiyi elanlar stansiyalara daxil olan və oradan yola düşən qatarlarda sərnişinlərə yol yoldaşlığı edir.
“Bakı Metropoliteni” kollektivi bütün balaları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, gələcəyimiz olan uşaqlara sağlam və xoşbəxt mühitdə şən və qayğısız günlər arzulayır", - qurum bəyan edib.
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












