Bakı metrosunda koronavirusla bağlı təbliğat kampaniyası genişləndirilir

"Bakı Metropoliteni" QSC koronavirus pandemiyasının sərnişinlər arasında yayılmasının qarşısını almaq üçün təbliğat kampaniyasını genişləndirir. Bu barədə qurumdan bildirilib.
Məlumatda deyilir ki, mayın 9-dan Bakı metrosunda sərnişindaşıma fəaliyyətini 38 günlük fasilədən sonra bərpa edilib. Metronun fəaliyyətinin bərpa edilməsi ictimai nəqliyyat üçün elan edilmiş metodiki göstərişin müvafiq tələblərinə uyğun şəkildə həyata keçirilib.
Həmin tələblərə əsasən, sərnişinlər metropolitendə sosial məsafəni qorumalı və tibbi maska taxmalıdırlar. Bu məsələlərə sərnişinlərin diqqətini cəlb etmək metropolitendə səsli elanların verilməsinə də xüsusi diqqət ayrılıb. Buna qədər stansiyalarda əsasən, növbətçilərin və nəzarətçilər, qatarlarda isə maşinistlər, mütəmadi olaraq, sərnişinlərə metodiki göstərişlərin tələblərinə əməl edilməsi ilə bağlı çağırışlar ediblər.
Artıq qatarlarda müvafiq tövsiyələr məşhur aparıcı, DJ Fateh təxəllüslü Məmmədəli Məmmədovun səsi ilə təqdim edilir. Bu məqsədlə aparıcının 8 fərqli müraciətinin səs yazısı lentə alınıb. Əsas məqsəd sərnişinlərin metodiki göstərişlərin tələblərinə diqqətini daha yaxından cəlb etməkdir.
Tezliklə stansiyalarda da məşhur aparıcının səsi ilə sərnişinlərə müraciətlər yer alacaq. Qatarlardan fərqli olaraq stansiyalardakı müraciətdə "COVID-19"la əlaqədar təkcə Bakı metrosunun deyil, ümumiyyətlə, Nazirlər Kabinetinin, o cümlədən Səhiyyə Nazirliyinin, TƏBİB-in və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri də yer alır.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











