Bakı metrosunda tibbi maska satan şəxs tutuldu

Bakı metrosunda tibbi maska satan şəxs tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-in mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. O, bildirib ki, "sosial şəbəkələrdə mart ayının 4-də bir şəxsin metro qatarlarında tibbi maska satması ilə bağlı yayılmış videogörüntülərlə bağlı bildirmək istəyirəm ki, hələ mart ayının 3-də Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları sərnişin kimi metroya daxil olmuş şəxsin qanunla yol verilməyən fəaliyyətini müəyyən ediblər. Bununla bağlı operativ tədbir görülüb. Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov saxlanılaraq, qanunvericiliyin tələbinə uyğun qaydada müvafiq inzibati məsuliyyətə cəlb edilib.
Metropolitenin sərnişinlərindən xahiş edirik belə hallara yol verməsinlər və həmçinin fəal vətəndaş, ictimai, sərnişin mövqeyi nümayiş etdirsinlər. Çünki metropolitendən istifadə qaydaları sərnişinlərə bir sıra hüquqlar verir. Eyni zamanda istifadə qaydaları sərnişinlərin vəzifələrini də müəyyən edir. Elə bu videogörüntünün müəllifi də öz mövqeyini nümayiş etdirə, o cümlədən və həmçinin bir sərnişin kimi bununla bağlı radiorabitə vasitəsilə qatar maşinistinə, yaxud stansiyada metropoliten işçisinə və ya metro polisinə məlumat verə bilərdi.
Ən əvvəl, bütün sərnişinlərdən xahişim budur ki, metropolitendən istifadə qaydalarına riayət edək. Unutmayaq ki, bu qaydalar sərnişin kimi hər birimizin hüquqlarını, vəzifələrini, deməli, metrodan rahat və təhlükəsiz, qarşılıqlı hörmət şəraitində istifadə etməyimizi təmin edir. Fikrimcə, bəzən ictimai qınaq hər hanısa inzibati tədbirdən effektli, təsirli və maarifləndirici əhəmiyyətli vasitə olur. Bir vətəndaş və sərnişin kimi, cəmiyyətimiz üçün günün həssas mövzusunu nə fərdi maddi, nə də, düşünülməmiş hərəkətlə ötəri və mənasız, mənəvi dəyəri olmayan maraq vasitəsi kimi istifadə olunmasını doğru görmürəm. Məncə, hər birimiz belə münasibətə də qarşı olmalıyıq."
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ










