“Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareys həftədə 2 dəfə yerinə yetiriləcək”

Bugündən etibarən Bakı-Naxçıvan-Bakı aviareyslərinə onlayn bilet satışına başlanıb. Bunu jurnalistlərə "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev deyib. E.Hacıyevin sözlərinə görə, reyslər həftədə 2 dəfə həyata keçiriləcək:
"İlk reys iyunun 18-i saat 12:00-da Bakıdan Naxçıvana baş tutacaq. Həmin gün saat 15:00-da Bakıdan Naxçıvan istiqamətinə ikinci reys həyata keçiriləcək. Həmin gün Naxçıvandan Bakıya saat 14:10-da birinci, 17:10-da ikinci reys reallaşacaq. Ondan sonra hər həftənin ikinci və dördüncü günləri Bakıdan 15:00-da, Naxçıvandan isə 17:10-da reyslər yerinə yetiriləcək".AZAL rəsmisi plastik kartı olmayan sərnişinlərə şərait yaradılacağını da qeyd edib: "İndiki tələblərimizə görə yalnız hərə özünə məxsus kartla bilet almalıdır. Amma kartı olmayan sərnişinlər Çağrı mərkəzimizə zəng etməklə digərinin kartı ilə özünə bilet ala bilər. Amma bu xidmət məhdud sayda sərnişinə göstəriləcək". ("Report")
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












