Bakı Nəqliyyat Agentliyindəki qanunsuzluqlar AÇIQLANDI

Bakı Nəqliyyat Agentliyində başa çatmış investisiya layihələri üzrə dövlət büdcəsinin investisiya xərclərindən real təlabatdan artıq maliyyələşdirilmiş 735,1 min manat məbləğində vəsaitin dövlət büdəsinə qaytarılması təmin edilməyib.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, bu, Hesablama Palatasının iş planına uyğun olaraq keçirilən kənar dövlət maliyyə nəzarət tədbiri Bakı Nəqliyyat Agentliyinin 2019-cu il oktyabrın 1-dən 2021-ci il yanvarın 1-dək olan dövrdə maliyyə fəaliyyətində əksini tapıb.
Qeyd olunub ki, bu qurum tərəfindən istifadə olunmuş 204,0 mln. manat məbləğində vəsaiti əhatə edib. 2020-ci il üzrə dövlət sifarişinin maliyyələşdirilməsi müqabilində bir sıra gözlənilən nəticələrin ilin sonunadək əldə olunması təmin edilməmiş, dövlət sifarişinin dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi həcminin müəyyənləşdirilməsi zamanı Agentliyin qeyri-büdcə mənbələrindən daxilolma potensialı səfərbər olunmayıb.
Qeyri-büdcə gəlirlərinin mənbələri kimi 6,4 mln. manat məbləğində cərimələrin təmin edilməyib, eləcə də müntəzəm marşrutlardakı avtobusların texniki, istismar, təhlükısizlik və ekoloji tələblərə uyğunluğu yoxlanılmayıb və 0,5 mln. manat rüblük xidmət haqları yığılmayıb. Bu da dövlət büdcəsindən maliyyələşmələrə qənaətləri təmin etməyib. 2020-ci ilin dövlət büdcəsinin investisiya xərclərindən yeni avtobusların alınması üçün agentliyə köçürülmüş 110 mln. manat məbləğində vəsaitin il ərzində yalnız 67,9 faizi istifadə olunub.
Dövlət büdcəsinin investisiya xərclkəri hesabına agentlik tərəfindən ümumilikdə 165 milyon 836, 9 min manata 415 ədəd avtobusun alınması (2018-ci il noyabrın 16-dakı və 2020-ci il aprelin 3-dəki müqavilələrlə) əməliyyatların başa çatması və həmin avtobuslarda ilkin dəyəri 159 milyon 211, 1 min manat olan 394 ədədinin qanunvericiliyə uyğun razılaşdırmaqla əvəzsiz olaraq “BakuBus” MMC-nin istifadəsinə verilməsi şəraitində investisiya qoyuluşunu aidiyyəti üzrə nizamnamı kapitalının artırılmasına yönəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilməyib.
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI











