Bakı polisi kafe-restoranlarda reyd keçirdi - FOTO

Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən şəhər və rayonlarda bu gündən kafe-restoranların, ictimai iaşə obyektlərinin fəaliyyətinə icazə verilib. Saat 9.00-dan 22.00-dək icazə verilən fəaliyyət dövrü ərzində həm obyektlər, həm də müştərilər üçün qaydalar müəyyən edilib. Bakı Şəhər Baş Polis İdarəsi paytaxtın müxtəlif rayonlarında bu qaydalara əməl edilməsinə nəzarət məqsədilə tədbirlər keçirib.
Tədbirlər zamanı istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması ilə bağlı sahibkarlar təlimatlandırılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, qaydaların gözlənilməsi zamanı sahibkarlarla təlimatlandırma işləri aparılıb:
“Bütövlükdə aparılan müşahidələr göstərir ki, əksər kafe-restoranlarda sahibkarlar və müştərilər tərəfindən bu qaydalara əməl olunur. Qaydalara əməl etməyənlər barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür”, - deyə Elşad Hacıyev bildirib.
Qeyd edək ki, tədbirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi və Xətai Rayon İcra Hakimiyyətlərinin əməkdaşları da iştirak ediblər. (“Report”)
























Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












