Bakı polisi məktəbliləri maarifləndirdi - FOTO

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsi (BŞBPİ) və Səbail Rayon Polis İdarəsinin (RPİ) təşkilatçılığı ilə paytaxtın 132-134 nömrəli Təhsil Kompleksində “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “Erkən nikaha və zərərli vərdişlərə yox deyək" mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Baş İdarəsinin, Səbail RPİ-nin əməkdaşları, din xadimi, könüllülər, məktəb müəllimləri və şagirdləri iştirak ediblər. BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova narkotik vasitələrə aludəçiliyin hüquq pozuntuları üçün şərait yaratdığını, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngitdiyini vurğulayıb. O, son illər Azərbaycanda bu sahədə məqsədyönlü tədbirlər həyata keçirildiyini, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirildiyini bildirib.
BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis mayoru Kəmalə Ələkbərova çıxış edərkən erkən nikah və onun fəsadları barəsində məktəblilərə məlumat verərək qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələrini, onların təhsilinə bir fərd kimi inkişafına mane olduğunu, o cümlədən psixologiyasına mənfi təsir göstərdiyini, gələcəyi üçün yaxşı heç nə vəd etmədiyini qeyd edib. K.Ələkbərova həmçinin erkən nikahların qarşısının alınması istiqamətində görülən tədbirlərdən, bu cür halların sağlam cəmiyyətə zərbələrindən söz açıb.
Səbail RPİ-nin şəxsi heyət üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Emil Cavadov narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan sərt mübarizədən və əldə olunan nəticələrdən danışıb. O bildirib ki, bu gün polis əməkdaşları həm də maarifləndirmə tədbirlərinə böyük önəm verməklə yeniyetmə və gənclərin gələcəkdə “ağ ölüm”ün pəncəsinə düşməməsi üçün səylərini davam etdirir. Gələcəyin qurucuları olan məktəblilər də bu məsələdə daha həssas olmalı, zərərli vərdişlərə meyl etməməli, diqqətlərini təhsilə, idmana yönəltməlidirlər.
Tədbirin sonunda məktəblilər polis əməkdaşlarına suallar veriblər. Məktəblilərin ünvanladığı suallar polis əməkdaşları tərəfindən cavablandırılıb.
Qeyd edək ki, paytaxtda polis tərəfindən həyata keçirilən kompleks maarifləndirmə tədbirlərinin təbliğində "Report" İnformasiya Agentliyi dəstəyini nümayiş etdirir.
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB















