Bakı-Quba-Rusiya yolunda təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO

İki aya yaxındır ki, Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolu əsaslı təmir edilir. Yararsız vəziyyətə düşən yolda aparılan təmir işləri hansı səviyyədədir və tam olaraq nə vaxt istifadəyə veriləcək?
Avtosfer.az-ın məlumatına görə, təmir işləri ilk olaraq Qubadan Bakı istiqamətində deformasiyaya uğramış hissələrdə aparılır. Yolun dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılır. Bu işlərin ardınca yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Sözügedən qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunur. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, qazılmış əraziyə yararlı qrunt tökülür və xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülür, yeni yol yatağı inşa edilir. Yataq hazır olan ərazilərdə qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılır. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissədə aparılır. Həmin hissələrdə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin edilib. Torpaq işləri yekunlaşdıqdan sonra yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Qeyd edək ki, yolun yararsız vəziyyətə düşdüyü Şabrandan Xızı rayonuna qədər olan hissədə 8 briqada işləyir. Anar Nəcəfli onu da bildirib ki, həm Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolu, həm də ona paralel çəkilən ödənişli yolun bu ilin sonuna qədər tam olaraq istifadəyə verilməsi planlaşdırılır.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












