Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirilib - FOTO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Baş İdarəyə Sübhan adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Sübhan İsayev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Steyr” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Aslan Məhərrəmov saxlanılıb. Ondan 1 ədəd revolver sistemli tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən İmişli rayonunda keçirilən əməliyyat zamanı isə rayon sakini Natiq Məmmədov tutulub. Onun İmişli rayonunda yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, ona aid 5 ədəd daraq, ümumilikdə 167 ədəd patron və 2 ədəd qaz tapançası aşkar edilib.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Sübhan İsayev, Aslan Məhərrəmov və Natiq Məmmədov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.







Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












