Bakı-Sumqayıt yolunda inşa ediləcək yeni tunelin layihəsi tamamlanıb

Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı tədbirlər çərçivəsində tikilməsi planlaşdırılan yeni tunelin layihəsi tamamlanıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi bildirib ki, layihə təsdiqlənməsi üçün aidiyyəti qurumlara təqdim edilib: "Layihə təsdiqlənən kimi tunelin tikintisi ilə bağlı işlərə start veriləcək. Tunel Bakı-Sumqayıt yolundan paytaxta girişdə tıxacların qarşısını almaq üçün nəzərdə tutulub. Tikilməsi planlaşdırılan tunel Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin yanından Bakı Dairəvi -1 avtomobil yolunun altından keçməklə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsinə çıxacaq. Bu da günün pik saatlarında Bakı şəhərinə Moskva prospektindən axının qarşısını alacaq".
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması məqsədilə "20 yanvar" küçəsindən Abşeron rayonunun Masazır qəsəbəsinə qədər olan hissəsində genişləndirilmə işlərinə başlanılıb. İşlərin artıq əsas hissəsi yekunlaşıb. Yolun həmin ərazidə olan hissəsində genişləndirilmə işləri mayın sonuna qədər tamamlanaraq istifadəyə veriləcək. (Trend)
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












