Bakı-Sumqayıt yolundakı tıxacla bağlı rəsmi açıqlama - FOTO

Bakı-Sumqayıt yolunda ciddi tıxac yaranıb. Bölgələrdən avtomobillərin şəhərə buraxılmadığı, Bakı, Sumqayıt və Abşeronda şəxsi maşınla küçəyə çıxmağın məhdudlaşdırıldığı bir məqamda tıxacın yaranması marağa səbəb olub.
Avtosfer.az-ın məlumatına görə Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu sıxlıq zərurət olmadan evdən çıxan şəxslərlə bağlıdır: “Xəbərdarlıq olunmasına baxmayaraq, bir çox şəxs ehtiyac olmadığı halda şəxsi maşınla evdən çıxır. Şəhərin bir çox yerində və Bakı-Sumqayıt şossesində də postlarda yoxlamalar aparılır. Evdən çıxmaq icazəsi olmayan və zərurət olmadan evdən çıxan şəxslər əks yola yönləndirilərək geri qaytarılır. Buna görə də yolda sıxlıq yaranıb Vətəndaşlara bir daha müraciət edirik ki, virusun yoluxma və yayılma riskini nəzərə alaraq zərurət olmadığı halda evdən çıxmasınlar”.


"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











