Bakı-Sumqayıt yolunun taleyi necə olacaq? - Ekspert sualları cavablandırdı

Bir neçə gün öncə bir çox saytlar Bakı-Sumqayıt yolunda olan beton arakəsmələrin söküləcəyi xəbərini dərc edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı ekspert Elməddin Muradlı Buta.ws-in suallarını cavablandırıb.
- Elməddin bəy, Bakı-Sumqayıt yolunda olan beton arakəsmələrin sökülməsi barədə göstəriş verilib?
- Deməli Bakı-Sumqayıt yolunda olan arakəsmələrin qoyulması şox yalnış addım idi və bizdə bunu dəfələrlə tənqit etmişik. Bu yol hərəkəti təhlükəsizliyi baxımından normal bir addım deyil. Çünki təcrübə də göstərdi ki, son bir həftə ərzində hər gün bir və ya iki yol-nəqliyyat hadisəsi baş verir. Bu da onu göstərirki orada biz təhlükəsiz yol yox, təhlükəli yol yaratmış olduq. O, baxımdan adiyatı qurumlar yəqinki bundan nəticə cıxardılar və dünəndən artıq sökməyə başladılar. Yəni yol əvvəlki kimi olacaq. Amma ümumilikdə zolağlar genişlənib və əlavə iki zolaq yaradılıb. Bütün bu işlər Cənab Prezidentin tapşırığı ilə və onun şəxsi nəzarəti ilə aparılır. Ümid edirəm ki, baş Sumqayıt yolunda bu işlər bitəndən sonra tıxac azalacaq. Ciddi dəyişikliyin şahidi olacağıq.
- Burada yanlış olan amil nə idi?
Yolların bir-birinə ayrılması yol-nəqliyyat hadisələrinə səbəb olurdu. Bu proses bir daha onu göstərdiki hərəkətin təşkilində nəsə yalnış var. Çünki orada zolaqlar çox da enli deyil və nəsə bir manevır edərkən avtomobillər istər istəməz qəzaya uğrayırlar. Avtovağzalın qarşısından yol ayrılır. İki zolaq sağda qalır, iki zolaq isə solda. Sol solaqla gedənlər Bakı, Sumqayıt və Masazır istiqamətinə, sağ zolaq ilə isə ekologiya postunun yanından Şamaxıya, Sulutəpəyə və yaxud Xırdalana dönə bilərik. İndi siz təsəvvür edin ki, kimsə Xırdalan dairəsinə getmək istəyirsə yalnış olaraq sol zolağa daxil olurdusa bu adam avtomatik olaraq Masazır dairəsindən dönməli, geri qayıtmalı və gəlib İyirmi yanvardan çıxmalı idi. Bir də təzədən sağ zolağa daxil olmalıydı ki, gedib Xırdalana çıxa bilsin. Yəni bu dərəcədə absurd birşey yaratmaq mümkün deyildi. Yəni o beton arakəsmələr olmasa da orada gözəl bir infirakstur yaratmaq olardı. Eyni istiqamətdə hamı öz zolağını tutmalıdı. Təəssüflər olsun bəzi sürücülər sola, düzünə getməli olduğu halda ən axırıncı 4-cü sağ zolağla hərəkət edir və lazım olanda gəlib tunelin yanında sola manevir edirki sol zolağa cıxa bilsin. Belə ədəbsiz sürücülərdə var və buna da yol polisi nəzarət etməlidir. Yolda maneə olmamalıdır. Bütün dünya ölkələri istəyirki yolda maneəni maksimum səviyyəyə endirsin. Bizdə də gətirib yolun ortasına maneə qoyublar. Bu absurd bir yanaşma idi. İndi bunu aradan qaldırdılar. Bunun qarşılığında zolaqlar üzrə hərəkəti yuxarıdan konusvari dirəklərlə nişanlar tətbiq edərək göstərəcəklər sürücülərə. Yerdə də zolaqlar üzrə xətt çəkiləcək. Bunun vasitəsilə sürücülər sağ zolağda ancag düzünə, sol zolağda da hara gedəcəklərini biləcəklər. İstənilən halda yolun hər hansı bir hissəsində manevır etmək imkanı yaratmalıdır. Bəzi sürücülər ora bilərəkdən daxil ola bilər, elə sürücülərdə varki ora bilməyərəkdən daxil olur. Sonra birdən yadına düşürki, məsələn bu sağa getməli idi düşüb sol zolağa. Heydər Əliyev prospektində də əvvəllər belə bir problem var idi. Lakin artıq bunu aradan qaldırıblar. Yol hərəkətinin təşkilində vacib əməllərdir vacib yanaşmalardı ki, bunları göstərmək lazımdır. Yoxsa yolu dəmirlə kəsək, betonla kəsək az qalmışıq gətirib ora hasarda çəkək. Belə əməllər yol hərəkəti təhlükəsizliyində yol verilməzdir. Ciddi problemlər yaradır. Yaxşı ki, vaxtında bunun qarşısını aldılar.













