Bakı-Sumqayt yolunda yaranan problemlə bağlı YENİ HƏLL YOLU

"15 sentyabr tarixindən etibarən Xırdalan–Sumqayıt–Xırdalan dəmir yolu xətti tunel tikintisi səbəbilə bağlandı. Rəsmi açıqlamaya görə, bu, avtomobil yolu keçidi üçün infrastrukturun yenilənməsi məqsədi daşıyır. Paralel olaraq Bakı–Xırdalan–Bakı qatar reyslərinin sayı artırıldı. Kağız üzərində məntiqli görünən bu qərar praktikada fərqli nəticə verdi - sərnişin axınının balansı pozuldu".
Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, bu sözləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, Keşlə dəmir yolu hissəsində tunel boru-sürüşdürmə texnologiyası ilə (ictimaiyyət arasında "boruda ekran" kimi tanınan metod) həyata keçirilir:
"Tunel yerin altında formalaşdırılır, dəmir yolu xətti dayandırılmır, sərnişin hərəkəti davam edir, tikinti yuxarı xətti narahat etmir, nəqliyyat sistemi tam qorunur.
Deməli, texniki alternativ mövcud idi. Xırdalanda isə bunun əksi – ən sadə və sərt metod seçildi. Xətt tam dayandırıldı, açıq qazma ilə tunel tikintisinə başlanıldı.
Sual yaranır ki, Keşlədə texnologiya var, Xırdalanda niyə yoxdur? Texniki səbəb, yoxsa idarəetmədə rahatlıq prinsipi?".
![]()
Ekspert həmçinin qeyd edib ki, Bakı–Xırdalan xətti üzrə reyslərin artırılması problemi tam həll etmir, çünki Sumqayıt–Bakı istiqamətində gündəlik sərnişin axını Xırdalan istiqamətinə yönləndirilməyib və bu, nəqliyyat inteqrasiyasında boşluq yaradıb:
"Vəziyyətdən çıxış yolu kimi "Xırdalan–Sumqayıt Shuttle Express" adlı avtobus xəttinin yaradılması mümkün idi. Qatar cədvəlinə uyğun şəkildə hərəkət edən, yalnız dəmir yolu sərnişinləri üçün xüsusi shuttle avtobus xətti həm sərnişin axınını tənzimləyərdi, həm də Xırdalan stansiyasının Bakıdan asılı olmadan işləməsini təmin edərdi."
R.Ağamirzayev vurğulayıb ki, əsas problem tikinti prosesində deyil, nəqliyyat planlaşdırmasındadır:
"Hazırkı yanaşmada əvvəlcə xətt bağlanır, sonra isə sərnişin yönləndirilməsi düşünülür. Halbuki inteqrasiya yanaşması tətbiq edilsəydi, əvvəlcə alternativ nəqliyyat mexanizmləri sinxronlaşdırılmalı, multimodal əlaqə – yəni qatar, shuttle və cədvəl uyğunluğu təmin edilməli idi. Tunelin tikilməsi vacib idi, amma sərnişinin hərəkət hüququ da eyni dərəcədə önəmli idi. Mövcud texnologiya alternativ həll imkanı verirdi, sadəcə planlaşdırma üstünlük qazanmadı. Bağlamaq asan oldu, planlaşdırmaq isə unuduldu".
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - AÇIQLAMA
Bakı Dairəvi Yolunda təhlükəli vəziyyət - VİDEO
Putinin başı təkcə Ukraynadakı müharibəyə qarışmayıb - POLİTOLOQ
AAYDA-nın sədr müavinləri vəzifədən azad edildilər - SƏRƏNCAM
Sumqayıtda bu ərazilərdəki evlər söküləcək – RƏSMİ AÇIQLAMA
Cərimə balının tətbiq mexanizmləri təkmilləşdirilməlidir - DEPUTATDAN VACİB AÇIQLAMA
Rusiyadan İrəvana qarşı ikili siyasət: Putin təbrik edir, Medvedev sərt danışır
Dünyada ilk neft quyusu və Qafqazın ilk elektrik dəmir yolunun yubileyidir – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Putin İlham Əliyevə təşəkkür etdi - VİDEO










