“Bakı Taksi Xidməti”ndə koronavirusla bağlı qabaqlayıcı tədbirlər - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC koronavirus infeksiyası ilə mübarizə çərçivəsində paytaxtda xidmət göstərən taksi minik avtomobillərində qabaqlayıcı tədbirləri davam etdirir.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, sərnişinlərin təhlükəsizliyi istiqamətində zəruri işlər həyata keçirilir. Taksilərdə olan arakəsmələr təmas xəttini minimuma endirir, virus infeksiyasının ötürülməsinin qarşısını alır. Sərnişinlərin avtomobildən istifadə zamanı əllərini spirtləməsi üçün xüsusi aparat yerləşdirilib. Həmçinin taksilərdə 2 nəfərdən çox sərnişinin daşınmasına icazə verilmir.
Virusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə avtomobillər gündəlik dezinfeksiya olunur. Fərdi və kollektiv gigiyena qaydalarına riayət olunması üçün sürücülər antiseptik məhsullarla yanaşı, mütəmadi olaraq tibbi maskalarla təmin edilirlər.
Pandemiyanın bütün dünyada yayıldığı ilk günlərdən “Bakı Taksi Xidməti” MMC-nin tabeliyində olan taksilərdə həm sürücülər, həm də taksidən istifadə edən sərnişinlərin məlumatlandırılması üçün xüsusi lövhələr yerləşdirilib. Həmçinin qurumun əməkdaşlarının maarifləndirilməsi məqsədilə inzibati binanın daxilində məlumat xarakterli lövhələr təşkil olunub.
Namiq Musayev






"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












