“Bakı Taksi Xidməti”nin taksiləri dezinfeksiya olunur - FOTO - VİDEO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Bakı Taksi Xidməti” MMC-nin paytaxtda xidmət göstərən avtomobil vasitələrinin gündəlik dezinfeksiya edilməsi təmin olunur. Heydər Əliyev Aeroportunda xidmət göstərən taksilərdə aparılan zəruri profilaktik tədbirlər və dezinfeksiya işləri də mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Hava Limanında xidmət edən “Bakı Taksi Xidməti”nə məxsus bütün taksilər növbəli şəkildə dezinfeksiya olunur.
Qeyd edək ki, səhər növbəsində olan avtomobillərdə gecə, gecə növbəsində olan avtomobillərdə isə səhər saatlarında dezinfeksiya işləri həyata keçirilir. Virusa yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə sürücülər antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə təmin olunublar.




"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












